Ötən il əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi azalıb | Banco.az

Ötən il əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi azalıb

2021-ci ildə əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 13% - 9 milyard 241,5 milyon manatadək artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Hesabat ilində əhalinin xarici valyutada əmanətləri 8,7% - 3 milyard 789,3 milyon manatadək və ya bütün əmanətlərin 41%-i səviyyəsində azalıb (2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib).

Əhalinin milli valyutada əmanətlərinin həcmi 35,4% - 5 milyard 452,2 milyon manatadək (bütün əmanətlərin 59%-i) artıb.

Rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 940,1 milyon manat, qeyri-rezidentlərin – 301,4 milyon manat təşkil edir. 2021-ci ildə rezidentlərin əmanətlərinin həcmi 13,2%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 7,3% artıb.

2021-ci il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 29 milyard 27,7 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 22,6% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

interfax

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et