Ötən il Rusiya sakinləri mobil tətbiqlərə 1 milyard dollardan çox vəsait xərcləyiblər.
Bu haqda “App Annie” analitik şirkətinin mütəxəsissləri məlumat yayıblar.
Məlumata görə, bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 40% çoxdur. Rusiya vətəndaşları əsasən, Tax-tac səltənəti mobil oyununa və Vkontakte sosial şəbəkəsinin mobil tətbiqinə pul xərcləyiblər.
Qeyd edək ki, ümumilikdə ötən il bütün dünyada mobil tətbiqlərin xidmətlərinə 120 milyard dollar xərclənib. Bu rəqəm 2018-ci ilə nisbətən 20% artıb.
Ted.az