Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb | Banco.az

Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə və materiallara çəkdiyi bilavasitə (subpodratçı) xərcləri 1 milyard 546 mln. ABŞ dolları təşkil edib.

Banco.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, bu, illik müqayisədə 11,3% çoxdur.

Məlumata görə, ötən ilki dövrdə BP-nin kiçik və orta müəssisələr üzrə xərcləri 398,5 mln. dollar, dövlət şirkətləri üzrə xərcləri 45,3 mln. dollar, yerli tərəfdaşı olan birgə müəssisələr üzrə xərcləri 712,7 mln. dollar, olub. Şirkət xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 389,9 mln. dollar  xərcləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et