2024-cü ildə Bakıda ticarət dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 4,6% artaraq 37 milyard 756,2 milyon manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 21 milyard 339,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,6 faiz artaraq 16416,8 milyon manata bərabər olub. İstehlak məhsullarının 32,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.