Ötən il Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 3 dəfədən çox artıb | Banco.az

Ötən il Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 3 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycan 402,5 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 280,9 milyon dollar və ya 3,3 dəfə çoxdur. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatda qeyd edilib. 

Bildirilib ki, 2022-ci ilin eyni dövründə elektrik enerjisi ixracının ümumi dəyəri 121,6 milyon dollara bərabər olub. 

Təkcə dekabr ayında elektrik enerjisinin ixracının dəyəri isə 23,2 milyon dollar olub ki, bu da illik müqayisədə 33,5 milyon dollar və ya 59% azdır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et