Müəllif: Gülnar Əhmədli, Banco.az
Almaniya 2024-cü ildə Azərbaycandan 726 milyon 14 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 145 milyon 919 min dollar və ya 16,7% azdır.
Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 13,1% azalaraq 1,2 milyon ton olub.
Qeyd edək ki, bu dövrdə Almaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 5-ci ölkə olub. 2023-cü ildə Almaniya 4-cü ölkə idi.
Bizi sosial şəbəkələrdən izləyin!!