İsveçrənin Azərbaycana birbaşa xarici investisiyaları 5 dəfədən çox azalıb | Banco.az

İsveçrənin Azərbaycana birbaşa xarici investisiyaları 5 dəfədən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin birinci yarısında İsveçrənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 43 milyon 446 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə və ya 183 milyon 187 min dollar azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 226 milyon 633 min dollar təşkil edirdi.

Birinci yarımildə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda İsveçrənin payı 1,2%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram