Ötən il Azərbaycanda əczaçılıq məhsullarına 1.3 mlrd. manatdan çox vəsait xərclənib | Banco.az

Ötən il Azərbaycanda əczaçılıq məhsullarına 1.3 mlrd. manatdan çox vəsait xərclənib

2024-cü il ərzində Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 347.6 milyon manat vəsait xərclənib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% azdır.

Ən sərfəli kredit üçün müraciət et

    Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara alınmasına sərf olunub.

    Xatırladaq ki, ötən il Azərbaycanda 19.8 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 81.5% çoxdur.