Ötən il Azərbaycan əhalisi Türkiyəyə pul köçürmələrini azaldıb | Banco.az

Ötən il Azərbaycan əhalisi Türkiyəyə pul köçürmələrini azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycandan Türkiyəyə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi azalıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən Türkiyəyə 2022-ci illə müqayisədə 27 milyon 754 dollar, yaxud 15,96 faiz daha az pul köçürülüb.

Bununla da Türkiyəyə köçürmələrin ümumi həcmi 146 milyon 140 min dollara enib.

Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü ölkə (26,6% payla) Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et