Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-may aylarında Azərbaycana 47 milyon 232 min ABŞ dolları dəyərində 20 min 109 ton ət idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 0,9%, dəyəri isə 14,8% artıb.
Belə ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 41 milyon 133 min dollar dəyərində 19 min 936 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,69%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
