Ötən il Aİ ölkələri Azərbaycandan qaz alışına nə qədər pul xərcləyib? | Banco.az

Ötən il Aİ ölkələri Azərbaycandan qaz alışına nə qədər pul xərcləyib?

2022-ci ildə Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15 milyard 598 milyon 852,881 min avro dəyərində təbii qaz idxal ediblər.

Bu barədə Avrostatın materiallarında deyilir.

Statistik məlumatlara əsasən, 2021-ci ildə Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyər həcmi 3 milyard 892 milyon 233,012 min avro təşkil edib.

Beləliklə, 2022-ci il ərzində Azərbaycanda qaz alışına xərclər təxminən 4 dəfə artıb.

2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 13 milyard 253 milyon 515,481 min avro (il ərzində artım təxminən 3,9 dəfə), Yunanıstan – 1 milyard 962 milyon 325,8 min avro (artım təxminən 4,2 dəfə), Bolqarıstan – 383 milyon 11,6 min avro (il ərzində artım təxminən 8 dəfə) sərf edib.

Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb.Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 39%) ixrac olunub.

2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.

İnterfaks-Azərbaycan

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et