Ötən ay İSB 11 kompensasiya tələbi üzrə 37,000 manat ödənişi həyata keçirdi | Banco.az

Ötən ay İSB 11 kompensasiya tələbi üzrə 37,000 manat ödənişi həyata keçirdi

2015-ci ilin mart ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,416 sığorta tələbi üzrə  1,654,266 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İSB-dən Banco.az portalına verilən məlumata əsasən ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə  həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

 Nəqliyyat vasitəsinə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

1,320

1,462,906

39

57,360

41

 54,000

16

80,000

1,416

1,654,266

Ən sərfəli kredit üçün müraciət et

Mart ayında İcbari Sığorta Bürosu tərəfindən 11 kompensasiya tələbi üzrə 37,000 manat məbləğində kompensasiya ödənişi həyata keçirmişdir.

Ümumilikdə 2015-ci ilin 1-ci rübündə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4,905 sığorta tələbi üzrə  5,708,343 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.