Ötən ay ən çox hansı mobil tətbiqlərin endirildiyi AÇIQLANDI | Banco.az

Ötən ay ən çox hansı mobil tətbiqlərin endirildiyi AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Sensor Tower araşdırma şirkətinin həyata keçirdiyi araşdırmaya görə, 2020-ci ilin oktyabr ayında ən çox endirilən mobil tətbiqlər müəyyənləşib.

Müntəzəm olaraq həyata keçirilən araşdırmalar istifadəçilərin ən çox hansı mobil tətbiqlərə üstünlük verdiyini göz önünə sərir. Sensor Tower araşdırma şirkəti də 2020-ci ilin oktyabr ayını əhatə edən hesabat yayımlayıb. iOS, Android və ümumi endirilmə faizlərinin analiz edildiyi araşdırmada TikTok platforması rəqiblərini üstələyib. İkinci pillədə isə mesajlaşma tətbiqi WhatsApp yer alıb.

Çinin "Bytedance" şirkəti tərəfindən 2016-cı ildə yaradılan TikTok platforması sürətlə böyüməyə davam edir. Son dövrlərdə həyata keçirilən bazar araşdırmaları TikTok-un ən sürətlə inkişaf edən platforma olduğunu müəyyən edib.

App Store və Play Store mağazalarında TikTok tətbiqinin 66 milyondan çox endirilmə göstəricisinə sahib olduğu görülür. İkinci pillənin sahibi olan mesajlaşma tətbiqi WhatsApp isə ötən ay 57 milyondan çox endirilmə göstəricisinə müvəffəq olub. Tətbiqin ən çox endirildiyi ölkələr isə Hindistan və Nigeriya müəyyən edilib.

Həmçinin oxu: WhatsApp arxivlənmiş mesajlarla bağlı yeni funksiya sınaqdan keçirir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram