WhatsApp arxivlənmiş mesajlarla bağlı yeni funksiya sınaqdan keçirir | Banco.az

WhatsApp arxivlənmiş mesajlarla bağlı yeni funksiya sınaqdan keçirir

Tamara Mustafayeva, Banco.az

WhatsApp mesajlaşma tətbiqinin Android beta versiyası növbəti dəfə yenilənib. Bu yeni versiyada əvvəl də mövcud olan "İstirahət Vəziyyəti" fərqli formada özünü göstərib.

Bu yeni funksiyanın sayəsində arxiv bölməsində saxlanılan mesajları tamamilə səssizləşdirmək mümkün olacaq. Belə ki, hazırda bu bölmədə olan söhbət lentinə yeni mesaj gəldiyi zaman ana səhifəyə bildiriş göndərilir və söhbət lenti ana səhifədə əks olunur. Yeni funksiya ilə bu vəziyyət aradan qaldırılır və arxivlənmiş mesajlar həmin bölmədə qalır. 

"İstirahət Vəziyyəti" funksiyasının sınaq mərhələsindən sonra iOS və Android əməliyyat sistemlərində aktivləşdiriləcəyi gözlənilir, ancaq WhatsApp platformasının Android beta versiyasına abunə olmuş istifadəçilər hazırda da sözügedən funksiyadan faydalana bilərlər.

Həmçinin oxu: WhatsApp istifadəçiləri artıq bildirişləri birdəfəlik səssizləşdirə biləcəklər

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et