Ötən ay ən çox dəyər qazanan kriptovalyutalar | Banco.az

Ötən ay ən çox dəyər qazanan kriptovalyutalar

Yanvar ayı kriptovalyuta bazarı üçün çətin keçdi. Ən böyük kriptovalyuta hesab edilən Bitcoin 30 faizə yaxın dəyər itirdi. Bu da 2017-ci ilə qədər böyük nailiyyətlər qazanan Bitcoin-in tənəzzül dövrünün gəlib çatmasına zəmin yaratdı.

Kriptovalyutaların ümumi bazar dəyəri yanvarın 7-də 830 milyard dollara qədər yüksəlsə də, ayın sonunda yarım trilyon dollardan aşağı olan göstərici bazardakı gərginliyin nəticəsi idi.

Yanvarda ən uğurlu kriptovalyutalar hansılar oldu?

Bununla yanaşı, bu qaranlıq ab-havada bir neçə kriptovalyuta bu qədər mənfi duruma baxmayaraq, yanvarda uğur qazanmağı bacardılar. Məsələn, VeChain, NEO, Populous and Stellar kriptovalyutaları ən çox dəyər qazananlar arasında idilər.

VeChain

Yanvardakı göstəricisi: +146 faiz

Ən yüksək nəticəsi: 22 yanvarda 9.55 dollar

1 yanvar qiyməti: 2.26 dollar

31 yanvar qiyməti: 5.58 dollar

Bazar dəyərinə görə mövqeyi: 18

VeChain, Çindəki təşkilati firmalarla əlaqəlidir. 2016-ci ilin sonundan bu yana internetin inqilabi xüsusiyyətindəki “the internet of things” (IoT) Blockchain-i istifadə etməyi planlaşdırır.

Ancaq tərəfdaşlıqlara baxmayaraq, 2017-ci ildə yaşanan kriptovalyuta bumu zamanı özünə bir çıxış yolu tapa bilmədi. Dekabrın sonlarında 1 dollara, noyabrda 0.20 dollara əməliyyat həyata keçirirdi.

Layihə Çin dövlət mediasının da diqqətini çəkdi və həmçinin blockchain həlləri tərtib və tətbiq etmək üçün Çin Milli Tütün Şirkəti ilə tərəfdaşlıq yaratdı.

Neo

Yanvardakı göstəricisi: + 95%

Ən yüksək nəticəsi: 194.70 dollar, yanvarın 15-də

1 yanvar qiyməti: 74.54 dollar

31 yanvar qiyməti: 145.76 dollar

Bazar dəyərinə görə mövqeyi: 7

Bəzən “Çinin Ethereum-u” adlandırılan Neo eyni olmayan şirkətlər arasında böyük rəqabətə əsaslanan uğurlu bir iqtisadiyyat qurmağı hədəfləyir.

Böyük maraq görən kriptovalyutadır. 2016-cı ilin dekabrında bazara çıxan Neo yeniliklərdən dolayı 2018-ci ilə uğurla başlayaraq Çinin ötən ay verilən ICO qadağasını ortadan qaldırdı.

Ən sərfəli kredit üçün müraciət et

Populous

Yanvardakı göstəricisi: + 72%

Ən yüksək nəticəsi: 29 yanvarda 75.60 dollar

1 yanvar qiyməti: 40.35 dollar

31 yanvar qiyməti: 69.78 dollar

Bazar dəyərinə görə mövqeyi: 23

Ethereum üzərində qurulan bir ticarət maliyyələşdirmə platforması olan Populous 3 trilyon dollarlıq alternativ ticarət krediti bazarında özünü ən yaxşı oyunçu kimi göstərməyi planlaşdırır.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et