Otellərə ulduz veriləndə koronavirusla bağlı qoruyucu tədbirləri də nəzərə alınacaq | Banco.az

Otellərə ulduz veriləndə koronavirusla bağlı qoruyucu tədbirləri də nəzərə alınacaq

Azərbaycanda yeni Milli Ulduz Təsnifat Sistemi əsasında hotellərin ulduz təsnifatlaşdırılması aparılan zamanı onların koronavirusdan (COVİD-19) qorunmaq üçün qoruyucu tədbirlərə hansı formada əməl etməsi də nəzərə alınacaq.

Bunu Azərbaycan Otel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, Azərbaycanda otellərin ulduz təsnifatlaşdırılması üçün tərtib olunan kriteriyalar sırasına COVİD-19-la bağlı bənd də daxil edilib.

AHA direktoru hesab edir ki, COVİD-19 virusu yox olsa belə, hələ 1 il müddətində bununla bağlı məsələlərin ulduz təsnifatlaşdırmasında nəzərə alınması lazımdır:

“Artıq beynəlxalq praktikada da bu, nəzərə alınıb. Bu praktikanın tətbiqi qonaq və işçilər üçün hotellərdə COVİD-19-la bağlı təhükəsiz şəraitin yaradılmasına görə lazımdır”.

G.Sağlam qeyd edib ki, Azərbaycanda otellərə yeni Milli Ulduz Təsnifat Sistemi əsasında ulduzların verilməsi üçün hazırlıq işləri bitsə və AHA bu prosesin həyata keçirilməsinə hazır olsa da, müharibənin başlanılması və COVİD-19-la bağlı sərt karantin rejiminin tətbiqi səbəbindən təsnifatlaşdırma aparılmayıb.

Ən sərfəli kredit üçün müraciət et

G.Sağlam əlavə edib ki, təsnifatlaşdırmadan keçmək istəyən otellər AHA-nın saytında qeydiyyatdan keçə bilərlər.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et