“Orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır” | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır”

“Növbəti illərdə səhiyyə sahəsində proqramların icrası ilə bağlı yeniliklərin nəzərə alınması, bu proqramlara ayrılan vəsaitin artırılması yaxşı olardı”.

Bunu bu gün Milli Məclisin plenar iclasında  gələn ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Soltan Məmmədov bildirib.

Heydər Əliyev Fondunun fəaliyyətindən danışan millət vəkili deyib ki, irsi qan xəstəliklərinin müaliсəsi ilə əlaqədar büdcədən ayrılan vəsaitin artırılmasını zəruri sayır.

Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, 2021-ci ilin büdcəsi Zəfər büdcəsidir: “Biz Qarabağın quruculuğu naminə bir yerdə olmalıyıq. Qarşıdakı dövrdə əsas prioritet Qarabağın qurululuğu və hərbi xərclərin artırılması olmalıdır. Biz sosial xərclərin artırılmasına da diqqət yetirməliyik. Eyni zamanda koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır”. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram