Oreo markası qeyri-adi reklam kampaniyası yayımladı | Banco.az

Oreo markası qeyri-adi reklam kampaniyası yayımladı

Tamara Mustafayeva, Banco.az

2 noyabr tarixində, yəni ABŞ-da prezident seçkilərindən bir gün əvvəl 2018 VP1 adlı asteroidin dünyanın yaxınından keçəcəyi proqnozlaşdırılır. Dünya atmosferinə daxil olma ehtimalı çox aşağı olsa da, Oreo markası işini şansa buraxmağı düşünmür. Marka peçenyelərinin bir qismini qoruyub saxlamaq üçün Norveçdə betondan qiyamət kassası inşa etdirib.

Şirkət demək olar ki, bütün kampaniyalarında istifadə etdiyi Oreo kassalarını bu dəfə də peçenyelərinin gələcək nəsillərə çatacağından əmin olmaq üçün Norveçin Svalbard bölgəsindəki donmuş torpağın içərisinə inşa edib. 

Qeyd edək ki, bu qeyri-adi Qlobal Oreo Kassası ideyası Oreo fanatlarından birinin "Seçki günü asteroid dünyaya çatsa, Oreo-ları kim xilas edəcək?", deyə tvit yazmağından sonra meydana çıxıb.

"Qlobal Oreo Kassaları" adı verilən bu kassa dünyanın flora irsini təbii fəlakətlər və ya insan nəslinin səbəb olduğu dağıntılara qarşı qorumaq məqsədilə Şimal Qütbündəki məşhur toxum anbarından ilhamlanaraq dizayn edilib. Kassanın içərisinə yerləşdirilən Oreo peçenye paketləri isə -62 dərəcə ilə 150 santigrat dərəcəyədək istilik səviyyəsinə tab gətirə biləcək formada istehsal edilib. Paketlər, həmçinin kimyəvi reaksiyalara, nəm və rütubədə qarşı da dayanıqlı olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Bu tanınmış marka 2020-ci ildə təxirə salınan planlarımızı ölümsüzləşdirir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et