Bu tanınmış marka 2020-ci ildə təxirə salınan planlarımızı ölümsüzləşdirir | Banco.az

Bu tanınmış marka 2020-ci ildə təxirə salınan planlarımızı ölümsüzləşdirir

Tamara Mustafayeva, Banco.az

Tanınmış moda markası Diesel 2020 payız kampaniyası üçün müştərilərə cins şalvarların üzərində olan dəri etiketləri fərdiləşdirmə imkanı yaratmaqla markanın "hər nəslə uyğun" bir il olduğunu bildirdiyi 2020-ci ildə ləğv edilən bütün planları anmağın yolunu tapıb.

"Publicis Italy" reklam agentliyi tərəfindən hazırlanan kampaniyanın məqsədi "2020-ci il belə möhtəşəm cins şalvarı təxirə sala bilməz" şuarı ilə bu il yaşanılan gözlənilməz hadisələri yad etməkdir. Kampaniya çərçivəsində ekranlaşdırılan 60 saniyəlik reklam filmi hazırki şəraitə baxmayaraq bir qrup gəncin birlikdə əyləndiyini əks etdirir. Gənclərin geyindikləri cins paltarların etiketlərində isə təxirə salmalı olduqları hadisələr öz əksini tapır. Məsələn, yoqa təlimi, dağ gəzintisi və musiqi festivalı... 

Qeyd edək ki, sözügedən kampaniya çərçivəsində müştərilər şirkətin internet saytına daxil olmaqla və dünyanın istənilən yerində fəaliyyət göstərən fiziki mağazalarına getməklə şəxsi cins paltarlarını hazırlaya bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Geyim markalarının rəqabəti: Zara vs H&M

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et