"Open AI"ın keçmiş baş direktorunun layihəsi 6 ayda 10 milyard dollar qazanıb | Banco.az

"Open AI"ın keçmiş baş direktorunun layihəsi 6 ayda 10 milyard dollar qazanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Open AI"ın keçmiş baş direktorunun startap layihəsi 6 ayda 10 milyard dollar qazanıb.

Banco.az xəbər verir ki, "OpenAI"ın keçmiş texnologiya direktoru Mira Muratinin fevral ayında təsis etdiyi süni intellekt startapı 2 milyard dollarlıq tarixi toxum (ilk mərhələ) investisiya cəlb edib. Mira Murati tərəfindən qısa müddət əvvəl qurulan “Thinking Machines Lab” adlı süni intellekt startapı bu investisiya turu nəticəsində dəyərini 10 milyard dollara yüksəldib.

Startap Muratinin nüfuzundan və komandaya qoşulan digər tanınmış süni intellekt tədqiqatçılarından istifadə edərək tarixdəki ən böyük toxum investisiya turlarından biri ola biləcək bu mərhələyə investor cəlb etməyi bacarıb. Financial Times qəzetinin xəbərinə görə, investisiya turuna Andreessen Horowitz rəhbərlik edib və Sara Guonun “Conviction Partners” fondu da bu mərhələdə iştirak edib. Murati X platformasında (keçmiş Twitter) paylaşdığı açıqlamada bildirib ki, şirkət danışıq, görmə və əməkdaşlıq yolu ilə təbii insan qarşılıqlı əlaqəsi ilə işləmək üçün hazırlanmış çoxmodullu süni intellekt sistemləri üzərində işləyir.

Murati ChatGPT, DALL·E və səs rejimi kimi OpenAI-nin ən önəmli süni intellekt məhsullarının hazırlanmasına rəhbərlik etdikdən sonra 2023-cü ilin sentyabr ayında OpenAI-dən ayrılıb. Qurucu ortaqlardan olan Con Şulman da daxil olmaqla bir sıra keçmiş "OpenAI" əməkdaşları bu yeni startapa qoşulublar. Şirkət tamamilə avtonom süni intellekt sistemləri yaratmaq əvəzinə, insanlarla əməkdaşlıq şəklində çalışan çoxmodullu sistemlərin qurulmasına yönəlib.

Murati 2023-cü ildə CEO Sem Altmanın rəhbərliyi ilə bağlı narahatlıqlarını dilə gətirən və bu səbəbdən "OpenAI"dan ayrılan bir neçə rəhbər şəxsdən biri olub. Həmin ilin noyabrında idarə heyəti Altmanı vəzifəsindən uzaqlaşdırdıqda, Murati qısa müddətlik onun yerinə müvəqqəti CEO kimi fəaliyyət göstərib. Daha sonra Altman vəzifəsinə geri qaytarılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram