"OPEC" qlobal neft tələbi proqnozunu azaldıb | Banco.az

"OPEC" qlobal neft tələbi proqnozunu azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC” qlobal neft tələbi ilə bağlı proqnozlarını yenidən aşağı salıb.

Banco.az xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft bazarlarını tarazlıqda saxlamaq məqsədi ilə hasilatın azaldılmasının həyata keçirilməsi səbəbindən bu rüb ərzində bazara tədarük edəcəyi xam neftin miqdarı ilə bağlı proqnozlarını gündəlik 520 min barel azaldıb.

Bu o deməkdir ki, qrup və onun müttəfiqləri tərəfindən keçən ay razılaşdırılan və ABŞ prezidenti Co Bayden tərəfindən sərt tənqidlərə məruz qalan gündəlik 2 milyon varillik tədarük ixtisarı, hətta azalmalar tam həyata keçirilməsə belə, hasilatı bazar tarazlaşdıran səviyyələrə endirməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram