"OPEC+" nümayəndələri fevral ayı üzrə hasilat proqnozunu bölüşüb | Banco.az

"OPEC+" nümayəndələri fevral ayı üzrə hasilat proqnozunu bölüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC+” nümayəndələrinin fikrincə, üzv ölkələrin nazirlərindən ibarət məsləhət komitəsi neft hasilatının səviyyəsini sabit saxlamağı tövsiyə edəcək.

Banco.az xəbər verir ki, “OPEC+” nümayəndələri qlobal tələbatın müvəqqəti bərpası fonunda nazirlərin məsləhət komitəsinin gələn həftə keçiriləcək iclasında neft hasilatının səviyyəsini sabit saxlamağı tövsiyə edəcəyini gözlədiklərini qeyd ediblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və tərəfdaşları dünya xam neft bazarlarını sabitləşdirmək üçün keçən ilin sonunda əhəmiyyətli ixtisar barədə razılığa gəldikdən sonra fevralın 1-də hasilat səviyyələrinə yenidən baxacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et