"Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. Buna görə də 2019-cu ilin hamımız - OPEC və OPEC+ ölkələri, eyni zamanda istehlakçı ölkələr üçün balanslaşdırılmış bazar olaraq qalmasında maraqlıyıq".
"RİA Novosti" xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.
Onun sözlərinə görə, ehtimal az olsa da, təşkilata üzvlüyə qoşulmaq istəyən ölkələrin olacağı da istisna deyil.
M.Barkindo son bir neçə il ərzində Qabonun yenidən OPEC-ə daxil olduğunu, Ekvatorial Qvineya və Konqonun da təşkilata qoşulduğunu xatırladıb.
Report.az