OPEC+ alyansının hasilatla bağlı gözləmə mövqeyi fonunda neft bahalaşır | Banco.az

OPEC+ alyansının hasilatla bağlı gözləmə mövqeyi fonunda neft bahalaşır

OPEC+ alyansının hasilatla bağlı gözləmə mövqeyi fonunda neftin qiyməti artır.

Bakı vaxtı ilə 9.33-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 1,54% bahalaşaraq, 1 bareli 70,72 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,73% artaraq, 1 bareli 67,65 ABŞ dolları təşkil edib.

OPEC+ ölkələri alyansın mövcud strategiyasına sadiq qalmaq və yanvar ayında hasilatı planlaşdırıldığı kimi gündəlik 400 min barel artırmaq barədə qərar qəbul edib. Alyans “omikron” ştamı ilə bağlı heç bir qərar qəbul etməyib və bazarı izləmək mövqeyi tutub. OPEC+ ehtiyac olacağı təqdirdə dərhal reaksiya verəcəyini açıqlayıb.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et