Hər şeyin "bir klik" uzaqda olduğu bu dövrdə, internet məkanından hərtərəfli istifadənin artması heç də təsadüfü bir hal deyil. Hələ bir buna real pulların istifadəsi də daxil olursa, bu mövzudan kənar qalmaq mümkün deyil.
Söhbət onlayn əməliyyatlardan gedir. Hər birimiz gözəl bilirik ki, onlayn əməliyyatların icrası üçün mütləq şəkildə hər hansı bir plastik karta sahib olmalıyıq. Əgərsiz davamlı olaraq, internet vasitəsilə ödənişlər, alış-verişlər edirsinizsə, məsləhət görərdik ki, virtual kartlarla tanış olasınız.
İnternet alış-verişlərində kart məlumatlarımı necə qoruya bilərəm?
Virtual Kart, əsl kredit kart xüsusiyyətlərini daşıyan bir kredit kartı nömrəsidir.
Virtual kart, kredit kartı ixrac edən təşkilatların müştərilərinin internet vasitəsilə etibarlı olaraq mal və xidmət satın ala bilmələrini təmin etmək, fırıldaqçılıq əməliyyatlarını aradan qaldırmaq məqsədi ilə ortaya çıxarmış olduqları bir kart növüdür.
Bu cür kartlar fiziki olaraq müştərilərin ciblərində ya da pulqabılarında olmur, şəxslərə şifrə olaraq sertifikat şəklində yazılı məlumat olaraq verilir.
Müştərilər banklarının onlara verdiyi bu kartları fiziki olaraq karta ehtiyac duyulmayan əməliyyatlarda istifadə edə bilirlər.
UNUTMAYIN, BU KARTLARDAN, NAĞDLAŞDIRMA ƏMƏLİYYATLARINDA VƏ NAĞDSIZ ÖDƏNİŞLƏRDƏ İSTİFADƏ EDƏ BİLMƏZSİNİZ.
Bu kart var olan, amma eyni zamanda olmayan kartdır. Yəni, əslində sizin adınız, kartın qüvvədə olma müddəti, 16 rəqəmli nömrə və CVV2/CVC2 kodunuz olur. Lakin, kartınız olmur.
Siz bu siyahıdan Azərbaycandakı mövcud virtual kartlar və ödənişləri barədə məlumat ala bilərsiniz.
Bank |
Xidmət haqqı |
İlkin Mədaxil |
Müddət |
AFB Bank |
3 AZN |
Tələb yoxdur |
1 il |
AGBank |
12 AZN |
Tələb yoxdur |
1 il |
ASB Bank |
5 AZN |
Tələb yoxdur |
3 il |
Bank of Baku |
2 AZN + hər ay 1 AZN |
Tələb yoxdur |
3 ay |
3 AZN |
1-150 AZN |
1 il |
|
Bank Respublika |
Pulsuz |
100 AZN |
4 il |
Beynəlxalq Bank |
3,5,7 USD |
Tələb yoxdur |
1,2,3 il |
Dəmirbank |
8,15,20 AZN |
Tələb yoxdur |
1,2,3 il |
Kapital Bank |
5,8,10 AZN |
Tələb yoxdur |
1,2,3 il |
Unibank |
5 AZN/USD/EUR |
Tələb yoxdur |
3 ay |
Xalq Bank |
10 AZN/USD/EUR |
50 AZN/USD/EUR |
1 il |
*"Yapı Kredi Bank Azərbaycan" Worldcard sahiblərinə virtual kartı pulsuz olaraq təqdim edir.