Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 130,9 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,2% azalıb.
Bu ilin 7 ayında 3 174 ədəd stolüstü kompüter (3,5 dəfə çox), 188,2 min ədəd ölçmə cihazları, 349 ədəd güc transformatorları, 4 599 ədəd elektrik tənzimləyici cihazları, 5 329,3 ton digər elektrik naqilləri, 584 məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
