Ölkədə ən çox bazar payı olan Windows versiyası hansıdır? | Banco.az

Ölkədə ən çox bazar payı olan Windows versiyası hansıdır?

Qlobal miqyasda Windows əməliyyat sistemi versiyalarının Azərbaycan üzrə bazar payı açıqlanıb. Windows 10 digər versiyaları geridə qoyaraq 60.58% bazar payı ilə birinci olub. 

Bu haqda Global Stats analitik şirkəti məlumat yayıb.

İkinci yerdə 30.35% payla Windows 7 gəlir. Onun ardınca 7.28%-lə gələn Windows 8.1 ilk üçlüyü tamamlayıb.

Əməliyyat sisteminin Windows 8 versiyası 1.06%, Windows XP 0.65%, Windows 2000 isə 0.04% bazar payına sahibdir. 

Windows 10 əməliyyat sistemi digər versiyalardan qlobal miqyasda ümumi bazar payına görə də qabaqdadır. Hazırda Windows 10-nun dünya üzrə ümumi bazar payı 73.76%-dir. 19.44%-lə Windows 7 ikinci pillədə gəlir. Daha sonra isə müvafiq olaraq 4.47%, 1.07%, 0.82% bazar payı ilə Windows 8.1, Windows 8, Windows XP gəlir.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram