Ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu 21% artıb | Banco.az

Ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu 21% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin birinci yarısında xarici mənbələrdən əsas kapitala 1 milyard 939,4 milyon manat vəsait yönəldib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 20,7% çoxdur.

Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1838,3 milyon manatı (94,8 faizi) Birləşmiş Krallıq, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et