1 noyabr tarixinə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 14 991.4 mln. manata çatıb.
Mərkəzi Bankın verdiyi xəbərə görə, beləliklə də kredit verilişində illik 28,8 % atım qeydə alınıb.
Kreditlərin 2227 mln. manatı ticarət və xidmət, 2302.9 mln. manatı inşaat və əmlak, 497 mln. manatı nəqliyyat və rabitə sektoruna, 5886.7 mln. manatı ev təsərrüfatlarına, o cümlədən 827.1 mln. manatı ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına qoyulub.
Bildirək ki, hüquqi və fiziki şəxslərə verilən kreditlərin 783.2 mln. manatının və ya 5,2 faizinin ödəmə vaxtı keçib.
gun.az