Azərbaycanda bank müştərilərinin sayı 2018-ci ilin mart ayına 5 milyon 961 min təşkil edir. Onun 5 milyon 870 mini fiziki şəxslərə, 91 mini isə hüquqi şəxslərə məxsusdur.
|
Bank müştəriləri |
Sayı (min, nəfər) |
Faizlə ifadəsi |
|
Sahibkarlıqla məşğul olan fiziki şəxslər |
238 |
4% |
|
Sahibkarlıqla məşğul olmayan fiziki şəxslər |
5632 |
94% |
|
Cəmi fiziki şəxslər |
5870 |
98% |
|
Hüquqi şəxslər |
91 |
2% |
Bu göstərici 2018-ci ilin yanvarı ilə müqayisə də 3% daha çoxdur. Belə ki, 2018-ci ilin yanvarında bank müştərilərinin sayı 5 milyon 815 min olmuşdur.

Əgər 4 illik trend üzrə dinamikaya nəzər salsaq 2015-ci ilin mart ayından 2018-ci ilin mart ayına bank müştərilərinin sayı 16% artıb.

Müştəri hesablarına nəzər salsaq, 2018-ci ilin martında ölkədə 16 milyon 539 min müştəri hesabı mövcud olub. Bunlardan 13 milyon 771 mini cari, 2 milyon 435 mini kredit, 334 mini isə depozit hesabıdır.

2018-ci ilin mart ayında ölkədə mövcud olan cari hesabdan 13 milyon 591 mini fiziki şəxslərə, 180 mini isə hüquqi şəxslərə aiddir.
|
Cari hesabların növləri |
Sayı (min, nəfər) |
Faizlə ifadəsi |
|
Sahibkarlıqla məşğul olan fiziki şəxslər |
254 |
2% |
|
Sahibkarlıqla məşğul olmayan fiziki şəxslər |
13337 |
97% |
|
Cəmi fiziki şəxslər |
13591 |
99% |
|
Hüquqi şəxslər |
180 |
1% |
Xəzər Aslanov. Banco.az
