Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 1 iyul tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 486, şöbələrinin sayı 91, ATM-lərin sayı isə 3,086 olub. Bunlar 1 ay əvvəllə müqayisədə müvafiq olaraq 3 vahid çox, 6 vahid az və 25 vahid çoxdur.
Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bank sektorunda çalışanların sayı isə illik müqayisədə 982 nəfər artaraq 24,223 nəfər təşkil edib. Ötən ilin eyni dövründə bank işçilərinin sayı 23,241 nəfər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!