Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Vəfat etmiş şəxsin əmlakı varsa, həmin əmlakı da vərəsələrinə keçərsə, onlar keçən mirasın əmlak həddində onun borclarını ödəməlidirlər”.
Bunu Banco.az-a bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, əgər miras, əmlak yoxdursa, ya da miras əmlak borcdan azdırsa, bu zaman borc tam ödənmir:
“Misal üçün, vətəndaşın 5000 borcu varsa, o öldüyü təqdirdə vərəsələrinə heç nə keçmirsə, bu zaman həmin borc ödənmir. Şəxsin övladları ola bilər, amma onlara keçən mirası yoxdursa, həmin şəxslər borcu ödəməli deyil.
Amma ölən şəxsin 2 min manat bank hesabında əmlakı, pensiyası və s qalıbsa bu vərəsələrə keçdiyi halda, həmin şəxslər o vəsaitlə bankın borcunu ödəməlidirlər”.
Əkrəm Həsənov qeyd edib ki, ölən şəxsin heç bir vərəsəsi yoxdursa, bu halda onun əmlakı dövlətə keçir, və bu zaman həmin borc dövlət tərəfindən qaytarılır:
“Əgər, ölən şəxsin beş mindən çox pulu varsa, amma onun banka yeddi min həddində kredit borcu olarsa, vərəsəyə keçən həmin puldan beş mini banka borc kimi geri verilməlidir”.
Bizi sosial şəbəkələrdən izləyin!!