Ofisdə Yeni il ab-havasını necə yaratmaq olar? | Banco.az

Ofisdə Yeni il ab-havasını necə yaratmaq olar?

Yeni il yaxınlaşır, lakin əhval-ruhiyyə hələ də aşağıdır. Axı bu qədər işin tökülüb qaldığı vaxtda bayram gözə görünmür. Lakin hələ də ofisin yeknəsəq mühitinə Yeni il ab-havası gətirməyə şans var. Sadəcə bir neçə nüansa diqqət yetirmək kifayətdir.

Həmçinin oxu: İl sonunda yığılıb qalan işləri daha tez necə həll etmək olar?

Ofisə bayram bəzəkləri gətirin

Çilçıraq çələnginin işığı da sizi gülümsədəcək və qarşıdan gələn tətil atmosferini hiss etməyə başlayacaqsınız. Üstəlik, artıq hava tez qaralır, bərq vuran işıqlar pəncərəyə kənardan baxanları da sevindirəcək.

Yeni il musiqisini qoşun

Həmkarlarınızla Yeni il mahnılarının siyahısını hazırlayın və nahar və ya qısa fasilələrdə açın. Faydalı işi xoş istirahətlə birləşdirin. Belə musiqinin sədaları altında sakit otura bilməyəcəksiniz. Eyni zamanda həm musiqidən zövq alın, həm də isinmə hərəkətləri edin. Nahar fasiləsindən sonra işə gümrah bir şəkildə davam edə biləcəksiniz.

Bayram paltarları geyinin

Ofis dress-kodu icazə verirsə, üzərində maralların, qar adamının və ya Santa Klausun təsviri olan sviter geyinin. Əgər cəsarətli insansınızsa, daha qeyri-adi sviterlər də geyinə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Dress-kodun belə bəzənməyə imkan vermədiyi təqdirdə Milad bayramına uyğun corablar geyinin. Onlar sviter kimi diqqət çəkmir, həm də ki, rəngarəng corablar qərb ölkələrində artıq çoxdan işgüzar kostyumun bir parçasına çevrilib.

Həmçinin oxu: Yeni ilə qədər nələri etmək vacibdir?

Narıngi alın

Narıngilərin qoxusu Milad bayramını ən çox xatırladan ətirdir. Yetişmiş sitrus meyvələrinin xoş rayihəsi sizi fikrən uşaqlığınıza, evinizdəki yolkanın yanına aparacaq.

Xeyirxah işlər görün

Milad bayramı möcüzələr və xeyriyyə işlərinin zamanıdır. Hansısa həmkarınıza kömək edə və ya nəyəsə ehtiyac duyanlara yardım edə bilərsiniz. Hansı xeyir işi görə biləcəyinizi düşünüb tapın. Çox güman ki, ianə verə biləcəyiniz yaxşı, lakin sizə lazım olmayan geyiminiz, kitablarınız və ya oyuncaqlarınız var. Küçə heyvanlarını yemləyin. Rüblük mükafatınızın bir hissəsini xeyriyyə fonduna bağışlayın. Yaxud da iş yoldaşlarınızla birlikdə hər hansı xeyriyyə tədbiri təşkil edin.

Seçim sizindir. Unutmayın: Heç kəs sahib olduqlarını paylaşanda kasıblamır, əksinə daha zəngin olur. Xoş bayramlar...

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et