Yeni ilə qədər nələri etmək vacibdir? | Banco.az

Yeni ilə qədər nələri etmək vacibdir?

2019-cu ilin sonuna yaxınlaşırıq. Belə görünə bilər ki, hədiyyələr almaq, Yeni il geyimləri seçmək və qarşıdan gələn il üçün hədəflər təyin etmək vaxtı çatıb. Ancaq tələsməyin. Dekabr ayında etməyə vaxtınız çatacaq bir çox zəruri iş var.

Dəyişikliyə qərar verin

Çox vaxt öz gücünə şübhə duymaq bizim ən pis düşmənimizdir. Bu hissdən təcili olaraq qurtulmaq lazımdır. Həyatı dəyişdirməyə dair qərarı hər gün qəbul etmək olar, lakin hədəfi gerçəkləşdirməyə başlamaq çətindir. Bir yerdə ilişib qaldığınızı və uzun müddətdir ki, irəliləmədiyinizi hiss edirsinizsə, dəyişikliyi təxirə salmağı tərgidin.

Sabahı, bazar ertəsini və ya yanvarın 1-ni gözləməyin — burada və indi başlayın.

Peşəkar bacarıqlarınızı artırın

Peşəkar bacarıqların artırılması uzun və sıxıcı bir iş kimi görünsə də əsla belə deyil. Əslində isə çox maraqlıdır və elə də uzun çəkmir. Yüksəksürətli internet dövründə bir neçə saat ərzində yeni bilik və bacarıqlar əldə etmək üçün bir çox imkanınız var.

Bir onlayn konfransa üzv olun, bir podkast dinləyin, məşhur biznes-kitabı oxuyun, vebinar izləyin və klaviaturada gözübağlı yazmağı öyrənin. Yeri gəlmişkən, klaviatura trenajoru ilə maraqlanıb bu bacarığı inkişaf etdirə və “Qüdrətli Brüs” filmindəki Cim Kerri kimi cəld yazmağı öyrənə bilərsiniz.

Həmçinin oxu: İl sonunda yığılıb qalan işləri daha tez necə həll etmək olar?

Emosional intellekti inkişaf etdirin

Əmək bazarı mütəxəssisləri vurğulayır ki, inkişaf etmiş emosional zəkaya sahib insanların parlaq gələcəyi var. Emosional zəka vacibdir, çünki çox sayda insan həmkarları, ailəsi və dostları ilə bir komanda təşkil edir. İnsanları yaxşı hiss etmək və onlarla qarşılıqlı fəaliyyət qurmaq həyatın bütün sahələrində uğurunuzun açarıdır. Emosional zəkanızın səviyyəsini müəyyənləşdirmək üçün internetdə onlayn testlər mövcuddur, elə ilk əvvəl ondan başlayın. Daha sonra EQ-nizi inkişaf etdirmək üçün addımlar atmağınız tövsiyə olunur.

Həmkarlarınızı daha yaxından tanıyın

Yalnız onlayn olaraq yaşamaq olmaz, çünki canlı ünsiyyət həmişə daha yaxşıdır. Yeni il öncəsi hamı daha səmimi və münasibətə açıq olur, gülümsəmək və ürəyinin istisini paylaşmaq istəyir. Həmkarlarınız haqqında daha çox məlumat əldə etmək üçün bundan istifadə edin. Onları Milad musiqisinin səsləndiyi kafeyə dəvət edin, bütün komanda ilə hokkey oynamağa və ya konki sürməyə gedin. Əmin ola bilərsiniz ki, bir-birinizi yeni nöqteyi-nəzərdən tanıyacaqsınız və bu, gələn ildən deyil, elə bu ildən sizin münasibətinizi daha gözəl edəcək və komanda işinə faydalı təsir göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Ətraf mühitə diqqət yetirin

Əlbəttə, planetimizin pis dövr keçirdiyini və ekologiyanın əziyyət çəkdiyini bilirsiniz, ancaq heç nəyi dəyişdirə bilməyəcəyinizi düşünürsünüz? Bu, belə deyil. Plastikdən imtina və tullantıların çeşidlənməsi barədə çoxdan düşünmüsünüzsə, bu gündən başlaya bilərsiniz. Mövzunu araşdırın,

yeni bir həyat tərzinə doğru addım atın. Bir şəxsin təşəbbüsü bütün şirkəti valeh edə bilər. Bəlkə, həmkarlarınızı planetimizə kömək etməyə səsləyə biləcəksiniz?

Həmçinin oxu: Korporativ tədbirlərdə nələri etmək olmaz?

Bir günü bütünlüklə özünüzə həsr edin

Axırıncı dəfə nə vaxt bütün günü özünüzə həsr etmisiniz? Xatırlamırsınız? Özünə diqqət yetirmək çox faydalıdır, gündəlik həyatdan uzaqlaşıb rahatlaşmaq və yaxşı əhval-ruhiyyədə qalmaq üçün əla bir yoldur. Dekabrda çoxlu istirahət günü var. Niyə də onlardan birini sırf özünüzlə təklikdə keçirməyəsiniz?

Onu görüşə dəvət edin

Bu tövsiyə gözlədiyi sevgini hələ qazanmayanlar və uzunmüddətli münasibətlərdə olan cütlüklər üçün aktualdır. Qışda — tətildən əvvəl xüsusilə romantik bir ab-havada oluruq. Fürsətdən istifadə etmək vaxtıdır ki, gözünüzü dikdiyiniz insanın qəlbini qazanasınız və ya artıq mövcud olan sevgi münasibətinizi gücləndirəsiniz. İki ay oturub Müqəddəs Valentin Gününü gözləməyə ehtiyac yoxdur. Hərəkətə keçin. Həyat təkcə işdən ibarət deyil. İş və şəxsi həyat arasındakı balansı qoruyun ki, daim məhsuldar qalasınız və qısa müddətdə həm emosional, həm də fiziki cəhətdən tükənməyəsiniz.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et