Obliqator (avtomatik) təkrarsığorta nədir? | Banco.az

Obliqator (avtomatik) təkrarsığorta nədir?

Müəyyən sığorta sinfi və ya sinifləri (növləri) üzrə təkrarsığortalının qəbul etdiyi fərdi risklərin təkrarsığortaçı tərəfindən avtomatik olaraq təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta forması.

“A” sığortaçı əmlak sığortası üzrə sığortaladığı riskləri “B” təkrarşığortaçıda təkrarsığorta etdirir. Təkrarsığorta müqaviləsinə əsasən “A” sığortaçının təqdim etdiyi daşınmaz əmlakın sığortalanması üzrə “A” və “B” arasında təkrarsığorta münasibətləri üzrə razılaşdırılmış şərtlərə cavab verən bütün sığorta riskləri “B” təkrarsığortaçı tərəfindən təkrarsığortalanır. Təkrarsığortaçının hər bir obyekt üzrə təqdim olunan riskləri ayrıca təhlil edərək müəyyən risklərdən imtina etdiyi fakultətiv təkrarsığortadan fərqli olaraq, obliqator təkrarsığortada “B” təkrarsığortaçı “A” sığortaçının sığortaladığı bütün daşınmaz əmlakla bağlı sığorta müqavilələri üzrə müvafiq riskləri təkrarsığortaya qəbul edir, bir şərtlə ki, sığorta müqavilələri “A” və “B” arasında razılaşdırılmış şərtlərə uyğun olsun.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 890.9: Təkrarsığorta müqaviləsi ilə müəyyən olunan şərtlərə cavab verən bütün risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın forması

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 9: (eng.-automatic treaty) təkrarsığortalının sığortalamış olduğu risklərin təkrarsığortaçı tərə­ findən müqavilənin şərtlərinə uyğun olaraq avtomatik təkrarsığortaya qəbul edildiyi təkrarsığorta