Yunanıstanın məşhur “FortuneGreece” jurnalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıdan müsahibə alıb. Jurnalın baş redaktoru MariaAkrivounun hazırladığı müsahibə zamanı Vüsal Qasımlı Azərbaycanda son illərdə aparılan iqtisadi islahatlar, Strateji Yol Xəritəsi, Azexport portalı, eləcə də Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı danışıb.
Müsahibə zamanı qeyd olunub ki, hazırda ölkəmizdə növbəti dövrlərdə iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın gücləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirilir. Bu məqamlar Starteji Yol Xəritəsində də nəzərdə tutluduğu kimi qarşıdakı illərdə ölkənin əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.
“FortuneGreece” jurnalı Azərbaycanda aparılan iqtisadi islahatların artıq nəticə verdiyini və iqtisadi artımın və qeyri-neft ixracının həcminin artdığını göstərib. Xüsusilə, müsahibədə manatın sabitləşməsi vurğulanıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilə müsahibə http://www.fortunegreece.com saytında onlayn dərc olunub
http://www.fortunegreece.com/article/ti-bori-na-didaxi-stin-ellada-to-az...
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.