"Növbəti iki ay taxıl müqaviləsi üçün həlledici rol oynayacaq" | Banco.az

"Növbəti iki ay taxıl müqaviləsi üçün həlledici rol oynayacaq"

Müəllif - Aida İsaq, Banco.az

"Qarşıdakı iki ay taxıl sazişi üçün həlledici rol oynayacaq".

Banco.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, ölkəsi son vəziyyəti və tərəfdaşların müraciətini nəzərə alaraq, müddətin iki ay uzadılması təşəbbüsünü dəstəkləyib. Eyni zamanda, Rusiya nümayəndəsi müvafiq müddətin böyük əhəmiyyət daşımasını qeyd edib. Bundan başqa, o, taxıl sövdələşməsi ilə bağlı məsələlərin Türkiyədəki daxili siyasi hadisələr və seçkilərlə heç bir əlaqəsi olmadığını bildirib. Nazir həmçinin BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən təklif olunan bu sazişin ilkin olaraq ən yoxsul ölkələrin maraqlarının təmin edilməsi mövqeyindən çıxış etdiyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram