Novak Rusiya qazının Ukrayna vasitəsilə nəqli məsələsini müzakirə etmədiklərini bildirib | Banco.az

Novak Rusiya qazının Ukrayna vasitəsilə nəqli məsələsini müzakirə etmədiklərini bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Novak: Biz Rusiya qazının Ukrayna vasitəsilə nəqli məsələsini müzakirə etmirik.

Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak paytaxt Moskvada jurnalistlərə qlobal enerji sektorunda baş verən hadisələrlə bağlı qiymətləndirmələr edib.

Novak Rusiyanın Ural neftinə tətbiq etdikləri qiymət endirimi dərəcəsinin sanksiyalara uyğun olaraq dəyişdiyini bildirib.

“Endirim dərəcəsi 2022-ci ildə və ötən ilin əvvəlində artıb. İndi isə 2023-cü ilin sonunda elan edilən sanksiyalar öz təsirini göstərməkdədir”, nazir müavini deyib.

Sözügedən vəziyyətin təbii bir proses olduğuna diqqət çəkən Novak proses tənzimləndikcə və bazar sakitləşdikcə endirimin də azalacağına əmin olduqlarını dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin bu il qlobal neft tələbinin gündəlik 2 milyon barel artacağının gözləndiyini bildirib. 

Novak ilin sonuna qədər dayandırılması gözlənilən Rusiya qazının Ukrayna vasitəsilə Avropaya daşınması ilə bağlı isə hazırda Ukrayna və Avropa ilə bu mövzuda heç bir müzakirə aparılmadığını deyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram