Müəllif - Aida İsaq, Banco.az
“Oppo” və “OnePlus”dan sonra “Vivo” şirkəti də Almaniyada rəsmi internet saytını bağlayaraq smartfon satışını dayandırmalı olub.
Banco.az xəbər verir ki, buna apreldə məhkəmənin patentləri “Vivo” tərəfindən pozulan “Nokia”nın xeyrinə qərar çıxarması səbəb olub. Bundan öncə, eyni səbəbdən BBK-nın digər iki alt brendi “Oppo” və “OnePlus” müvəqqəti olaraq Almaniya bazarını tərk etmək məcburiyyətində qalmışdı.
“Vivo” heç bir xəbərdarlıq etmədən rəsmi internet saytının fəaliyyətini dayandırıb. Nəticədə şirkətin smartfonlarının Almaniyada satışı da məhdudlaşıb. Qeyd olunur ki, “Vivo” cihazlarını hazırda almaq mümkün olmasa da, smartfon sahibləri hələ də proqram yeniləmələrindən yararlana və şirkətin xidmət mərkəzləri ilə əlaqə saxlaya bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!