Niyə yanvar ayında doğulanlar daha varlı və uğurlu olurlar? | Banco.az

Niyə yanvar ayında doğulanlar daha varlı və uğurlu olurlar?

Tamara Mustafayeva, Banco.az

Tədqiqatçılar yanvar ayında doğulan insanların uğurlu və zəngin olma ehtimalının digər aylarda doğulanlara nisbətən daha yüksək olduğunu söyləyir. Bəs niyə? Gəlin birlikdə nəzər salaq.

“Journal of Social Sciences”da yayımlanan bir məqaləyə görə, ilin ilk ayı olan yanvarda doğulan insanlar daha uğurlu olur. Burada uğur dedikdə təhsil, iş və gündəlik həyatdakı müvəffəqiyyətlər nəzərdə tutulur.

Aparılan araşdırmada bir-birindən tamamilə fərqli həyat tərzləri olan 100 məşhur insanın dünən və bu günə aid həyatları əsas götürülüb. Bu insanlar arasında siyasətçilər, aktyorlar, sahibkarlar, müğənnilər, idmançılar, yazıçılar və tədqiqatçılar da yer alır. Həyatları araşdırılan bu insanlardan yanvar ayında doğulanların ən varlılar arasında olduqları aşkar edilib. Bu insanlar həmçinin iş həyatları da uğurlu olan insanlardır. Bununla yanaşı uğur qazanmış məşhur həkimlər də məhz yanvar ayında dünyaya gəliblər.

Həmçinin araşdırmada 20 yanvar – 18 fevral tarixləri aralığında doğulan insanların məşhur olma ehtimalının da daha yüksək olduğu nəzərə çarpır. 1992–2009-cu illər aralığında dünyaya gələn və 500 fərqli şirkətdə işləyən insanların karyeraları araşdırıldığı zaman onların gələcəkdə CEO olma şansının daha çox olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Opra Uinfri, Kristiano Ronaldo, Ellen DeGeneres, Bob Marli, Cennifer Eniston, Maykl Cordan, Eşton Kutçer, Avraam Linkoln və Volfqanq Amadey Motsart kimi məşhurların yanvar ayında doğulduqları nəzərə alınarsa, sözügedən fikrin doğruluğu heç də şübhə yaratmır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et