Niyə dünyanın ən varlı adamlarından olan Uorren Baffet həmişə nağd ödəməyi üstün tutur? | Banco.az

Niyə dünyanın ən varlı adamlarından olan Uorren Baffet həmişə nağd ödəməyi üstün tutur?

88 milyard dollardan çox sərvəti olan Baffet, keçən il verdiyi müsahibədə demişdi: “1964-cü ildə aldığım American Express kartım var. Ancaq xərclərimin 98 faizini nağd şəkildə ödəyirəm. Bir restorana gedəndə həmişə kağız pulla hesablaşıram."

Baffett bildirir ki, həmişə üstündə 400 dollar pul olur. Yaxşı, amma niyə? Kredit kartlarından qorxduğu üçünmü? Bəlkə, təhlükəsizliklə bağlı əndişəsi var? Borcunu ödəyə bilməsə, onunla nə baş verəcəyindən çəkinir?

Əslində bunun heç biri deyil. Səbəb, Baffet üçün nağd ödənişin "daha asan" olmasıdır. 

Əlbəttə ki, nağd pul ödəmək daha asandır, amma Baffet azlığa aiddir. Belə ki, 2017-ci ildə 2000-dən çox amerikalı arasında aparılan araşdırmaya görə, respondentlərin 50 faizi üzərlərində Baffet daşıdığı məbləğin yalnız yarısı qədərini daşıyır. Nağd pul gəzdirən bəzi insanlar 20 dollardan da az daşıdıqlarını deyirlər. Bu məlumatların 2017-ci ildə əldə olunduğunu nəzərə alsaq, ehtimal ki, bu say daha da azalıb.

Nağd pul ödəyən digər insanlar haqqında nə demək olar?

Baffet kimi nağd pula üstünlük verənlər hələ də çoxdur. Lakin, eyni araşdırmaya görə, bu insanların əksəriyyəti, kredit kartları ala bilmədikləri üçün nağd puldan istifadə edirlər. İyirmi il əvvəl, demək olar ki, hamı nağd pul xərcləyirdisə, artıq kredit kartı istifadəçiləri xeyli artıb və inkişaf edən texnologiya sayəsində növbəti illərdə nağd ödənişin tamamilə yox olacağı ilə bağlı proqnozlar var.

Ən sərfəli kredit üçün müraciət et

Kiçik biznesiniz varsa, ödəniş formasına məhdudiyyət qoymayın

Son illərdə təkcə kredit kartı və ya təkcə nağd pul qəbul edən müəssisələrin sayı artıb. Ancaq bu vəziyyətdə kiçik bir müəssisənin böyüməsi çox çətindir. Böyümək üçün müştərilərinizə seçmək hüququ verməlisiniz, çünki nəsə satmaq istəyirsiniz və belədə, ödəniş qaydasına görə müştərini geri çevirmək atacağınız ən son addım olmalıdır.

ens.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et