"Nissan" şirkətinin 2022-ci maliyyə ili üzrə xalis mənfəəti artıb | Banco.az

"Nissan" şirkətinin 2022-ci maliyyə ili üzrə xalis mənfəəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nissan” avtomobil şirkəti 2022-ci maliyyə ilində mənfəətini artırmağa nail olub.

Banco.az xəbər verir ki, yapon avtomobil istehsalçısı 2022-ci maliyyə üzrə balans hesabatını, həmçinin 2023-cü maliyyə ili üzrə proqnozlarını bölüşüb.

Buna görə, şirkətin 2022-ci maliyyə ili üzrə xalis mənfəəti 2021-ci maliyyə ilinə nəzərən 3 faiz artaraq 221,9 milyard yen (1,65 milyard dollar) hesablanıb.

Artımın cüzi səviyyədə olması xammal xərclərinin artması və yapon yeninin xarici valyuta qarşısında dəyərdən düşməsi ilə əlaqədardır.

Sözügedən maliyyə ilində satış gəlirləri 25,8 faiz artaraq 10,6 trilyon yenə (təxminən 78,7 milyard dollar) çatan “Nissan” bu dövrdə əməliyyat mənfəətini isə 52,5% artıraraq 377,1 milyard yen (2,8 milyard dollar) səviyyəsinə yüksəldib.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi ofisi Yokohama şəhərində yerləşən avtomobil şirkəti 2024-cü ilin martında başa çatacaq 2023-cü maliyyə ilində isə xalis mənfəətinin 42 faiz artırmaqla 315 milyard yenə (2,34 milyard dollar) çatdırmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et