Nissan 20 il sonra loqosonu dəyişdi | Banco.az

Nissan 20 il sonra loqosonu dəyişdi

Tamara Mustafayeva, Banco.az

Yaponiyanın tanınmış avtomobil brendi Nissan "Ariya" adlanan yeni modelinin tanıdılması üçün təşkil edilən tədbirdə 20 ildən sonra loqosunda dəyişiklik etdiyini açıqlayıb.

Şirkət yeni dizayn edilmiş loqo ilə bir tərəfdən keçmişinə sadiq qalaraq digər tərəfdən də uzun müddətdir ki, istifadə etdiyi loqosunu kölgədə qoymağı hədəfləyir. Şirkətin adı yeni loqonun da orta hissəsində qeyd ediləcək.

Şirkətin yeni loqosu təsisçi Yoshisuke Aikawa-nın "Əgər inancınız güclüdürsə, o, günəşə belə nüfuz edər" mənasını verən "Shisei tenjitsu o tsuranuku" inanışına əsaslanır.

Nissan şirkətinin yeni loqosu bu aydan etibarən həm rəqəmsal, həm fiziki kanalların hər birində görüləcək. Şirkətin elektrik avtomobilləri Nissan brendinin elektrikli gələcəyə doğru addımladığını göstərən mühüm vizual xatılatma kimi geridə qoyduqları 20 ilə ithafən 20 LED ilə yanan xüsusi işıqlandırılmış loqoya sahib olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin yeni loqosunun tanıdılması üçün hazırladığı video çarx

Həmçinin oxu: "Fiat" və "Peugeot" birləşməsinin yeni adı AÇIQLANDI

Bizi sosial şəbəkələrdən izləyin!!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et