"Fiat" və "Peugeot" birləşməsinin yeni adı AÇIQLANDI | Banco.az

"Fiat" və "Peugeot" birləşməsinin yeni adı AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

İtaliyanın məşhur avtomobil brendi "Fiat"-ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkəti və Fransanın tanınmış avtomobil brendi "Peugeot"- nun istehsalçısı "PSA Group"  tərəfindən 18 dekabr 2019-cu ildə açıqlanan "Birləşmə Anlaşması"-nın şərtlərinə uyğun olaraq bərabər payda (50/50) birləşmənin başa çatmasına doğru növbəti mühüm addım atılıb və yeni yaradılacaq avtomobil brendinin korporativ adı mətbuata açıqlanıb. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, yeni yaradılacaq avtomobil brendinin adı Stellantis olacaq. Qeyd edək ki, bu ad "ulduzlarla aydınlanma" mənasını verən latınca "stello" sözündən götürülmüşdür.

Yeni adın müəyyən edilməsi prosesi "Birləşmə Anlaşması" elan edildikdən dərhal sonra hər iki şirkətin rəhbərlərinin iştirakı ilə başlayıb. Sözügedən ad yalnız korporativ marka adı kimi istifadə ediləcək. Prosesin növbəti mərhələsi isə yeni brendin loqosunun dizayn edilməsi olacaq. 

Xatırladaq ki, təsisçi markaların adları və loqoları dəyişməyəcək. Daha əvvəl də qeyd edildiyi ki, birləşmə prosesinin 2021-ci ilin ilk rübündə başa çatması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Lüks avtomobil rəqabəti: BMW vs Mercedes-Benz

Bizi sosial şəbəkələrdən izləyin!!!

Facebook

Instagram

Telegram