Nigeriya və Liviya OPEC-in konsensusuna çətinlik törədir | Banco.az

Nigeriya və Liviya OPEC-in konsensusuna çətinlik törədir

Nigeriya və Liviya neft hasilatını artıraraq OPEC üçün növbəti dəfə çətinlik yaradıb.

"Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, Liviya 2014-cü ildən bəri ilk dəfə cari ilin oktyabrında bazara böyük həcmdə neft çıxarıb.

Ötən gün isə Nigeriyanın neft naziri ilin əvvəli ilə müqayisədə hal-hazırda gündəlik 2 mln. barreldən çox neft hasil edildiyini bildirib.

"Nigeriya və Liviya hasilatı artırdıqca, OPEC üçün neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsi getdikcə çətinləşəcək. Təşkilat hasilatın azaldılmasından danışsa da, biz hələ ki bunun əksini görürük", - deyə "UBS Group"un analitiki Covanni Staunovo bildirib.

Qeyd edək ki, OPEC-in xüsusi komitəsinin Vyanada keçirilən iclasında kartelə üzv ölkələrin energetika nazirlərinin noyabrın 30-da keçiriləcək rəsmi görüşündə oxşar müzakirələrin aparılması qərara alınıb. Bu vaxta qədər hasilatın müəyyən səviyyədə dondurulması və istehsalın azalması ilə bağlı göstəricilərin dəqiqləşəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et