Netflix növbəti faydalı funksiyasını aktivləşdirdi | Banco.az

Netflix növbəti faydalı funksiyasını aktivləşdirdi

Tamara Mustafayeva, Banco.az

Netflix avtomatik endirmə funksiyasını aktivləşdirən istifadəçilərə daha çox oflayn video təqdim etməyə imkan yaradacaq yeni funksiya təqdim edib. "Sizin üçün Endirilənlər"/"Downloads for You" adlı yeni funksiya aktivləşdirildiyi zaman platforma daha əvvəl izlədiyiniz videoların məzmununa oxşar tövsiyə edilən serial və filmləri mobil cihazınıza endirəcək.

Sözügedən funksiyanı aktivləşdirdikdən sonra tövsiyə edilən videoları cihazınıza yükləmək üçün istədiyiniz yaddaş ölçüsünü seçə bilərsiniz. Məsələn, 1 GB, 3 GB və ya 5 GB. Qeyd edək ki, videoların endirilməsi prosesi cihaz hər hansı wi-fi şəbəkəsinə bağlandığı zaman reallaşacaq. Bununla yanaşı, platforma hər hansı bir serialın müəyyən seriyalarını sizin üçün endirəcək ki, marağınıza səbəb olsun və digər seriyaları da izləmək istəyəsiniz. Film və ya serialları izlədikdən sonra isə endirilən videoları cihazdan silə bilərsiniz.

Şirkətdən edilən açıqlamaya görə, təkcə orjinal Netflix film və serialları deyil, bütün videoları bu funksiya ilə endirmək mümkün olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sözügedən funksiya ötən ilin sonlarında sınaqdan keçirilməyə başlanılıb. Dünən isə artıq bütün Android istifadəçiləri üçün aktivləşdirilib. iOS üçün isə başqa funksiya hazırlanır və il ərzində təqdim ediləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et