Netflix karantin günlərində faydalı olacaq iki yeni funksiya elan etdi | Banco.az

Netflix karantin günlərində faydalı olacaq iki yeni funksiya elan etdi

Amerikanın striminq video xidməti “Netflix” valideyn nəzarəti və PIN kod ilə profilləri bağlamaq funksiyalarını elan edib.

Netflix dünya üzrə 170 milyona yaxın abunəsi olan video striminq xidmətidir və hər ötən gün əhatə dairəsini genişlədir. Öz istehsalı olan film və seriallar da daxil olmaqla istifadəçilərə geniş seçim imkanı yaradan platforma vaxt keçdikcə istifadəçi təhlükəsizliyi üçün də yeni işlər görür. Bu dəfəki addım isə xüsusilə dünyanın hər yerində insanların evlərində qalmalı olduqları bu günlərdə istifadəçiləri olduqca sevindirəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət istifadəçilərdən gələn tələbləri nəzərə alaraq valideyn nəzarəti və PIN kod ilə profilləri bağlamaq funksiyasını xüsusiyyətləri içərisinə əlavə edib.

Belə ki, valideyn nəzarəti funksiyası ilə valideynlər uşaqlarının izləməsini istəmədikləri məzmunda videolar üçün filtr yarada biləcəklər. Eyni zamanda “İzləməyə davam et” seçimini də bağlamaq imkanı əldə edəcəklər.

PIN kod ilə profilləri bağlamaq funksiyası

Ən sərfəli kredit üçün müraciət et

PIN ile Profil Kilitleme Özelliği

Bildiyiniz kimi, Netflix eyni hesaba daxil olmaqla birdən çox istifadəçinin istifadəsinə imkan yaradır. Belə olduqda da eyni hesabdan istifadə edən hər kəs digərlərinin profillərinə daxil ola bilir. Netflix də bu yeni funksiyası ilə sözügedən vəziyyəti aradan qaldırır. Belə ki, artıq hər bir istifadəçi 4 rəqəmli PIN kod ilə öz profilini gizli saxlaya biləcək.

Bu yeni funksiya mobil telefonlar, planşetlər və kompüterlərin hər birində keçərli olacaq.

Yeni funksiyaları aktivləşdirmək üçün isə Hesab bölməsindən Profil Valideyn Nəzarəti və Profil Klidi seçimlərinə daxil olub müvafiq tənzimləmələri edə bilərsiniz.

Həmçinin oxu: Netflix necə yarandı?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et