Netflix "İzləməyə davam et" funksiyasını daha da təkmilləşdirdi | Banco.az

Netflix "İzləməyə davam et" funksiyasını daha da təkmilləşdirdi

Tamara Mustafayeva, Banco.az

Netflix paltformasının çox əlverişli funksiyalarından biri olan "İzləməyə davam et" seçimi baxmağı yarımçıq dayandırdığınız hər hansı bir video-nu yenidən izləmək istədiyiniz zaman qaldığınız yerdən davam etməyinizə imkan yaradır.

Olduqca faydalı hesab edilən bu funksiya həmçinin istifadəçilər profillərinə daxil olduqları zaman ana səhifədə yarımçıq qalan video-ların toplanmasına gətirib çıxararaq istifadəçilər üçün bir növ xatırlatma xüsusiyyəti daşıyır. Müntəzəm olaraq izlənilən video-ların axtarışını da asanlaşdırır. 

Bununla belə, sözügedən funksiyanın mənfi tərəfi isə izləməyə davam etmək istəmədiyimiz video-ların da ana səhifədə daimi olaraq görünməsi idi. Hətta ana səhifədən bu video-ları götürmək üçün xeyli səy göstərmək, parametrlərə daxil olub müvafiq tənzimləmələri aparmaq lazım idi.

Odur ki, şirkət kifayət qədər zəhmət tələb edən bu prosesi asanlaşdırmaq üçün "İzləməyə davam et" bölməsindəki video-ları daha asan silmə funksiyasını təqdim edib. Bununla da, yarımçıq qalan və artıq izləmək istəmədiyiniz video-ları asanlıqla ana səhifədən silə biləcəksiniz.

Hazırda Android istifadəçiləri üçün aktivləşdirilən bu funksiya 29 iyundan etibarən iOS istifadəçiləri üçün də əlçatan olacaq. Ağıllı televizorlarda necə istifadə olunacağı isə hələ ki, bəlli deyil.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları

Karantin günlərində Netflixdə izləyə biləcəyiniz ən bəyənilən filmlər​

Netflix-də yayımlanan ən yaxşı sənədli filmlər​

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et