Netflix bəzi filmlərini Youtube kanalında ödənişsiz yayımlamağa başladı | Banco.az

Netflix bəzi filmlərini Youtube kanalında ödənişsiz yayımlamağa başladı

Karantin səbəbilə insanların evdə qalmalı olduqları bu günlərdə müxtəlif markalar da insanların evlərində maraqlı və faydalı vaxt keçirmələri üçün bəzi xidmətlərini ödənişsiz təqdim etməyə başlayıblar. İndi isə bu markaların sırasına məşhur video stiminq paltforması Netflix də daxil olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, onlayn yayım platforması ən yaxşı şou və filmlərindən bəzilərini rəsmi Youtube kanalından ödənişsiz olaraq yayımlamağa başlayıb. Sözügedən şou və filmlər aşağıdakılardır:

Knock Down the House – Rachel Lears tərəfindən çəkilən 2019-cu il istehsalı sənədli film.

Film 2018-ci il Konqres seçkilərində nüfuzlu siyasətçilərə meydan oxuyan Alexandria Ocasio-Cortez və böyük əzmlə mübarizə aparan digər üç qadının hekayəsindən bəhs edir.

Our Planet – 2019-cu il istehsalı ingilis sənədli filmi.

Təbiət möcüzələrinin araşdırıldığı sənədli filmlər silsiləsi.

13TH – Ava DuVernay tərəfindən çəkilən 2016-cı il Amerika istehsalı sənədli film.

Film akademiklər, aktivistlər və siyasətçilərin Afrika mənşəli Amerikalıların həbs edilməsi və ABŞ-dakı həbsxana partlayışını analiz etməsindən bəhs edir.

Babies – Bir müddətdir ki, Netflix-in TOP-10 siyahısında yer alan yeni doğulmuş körpənin inkişafı və onun necə böyüdülməsindən bəhs edən şoudur.

Explained – 2018-ci il Amerika istehsalı sənədli film

Vox prodakşın tərəfindən hazırlanan bu film kriptovalyutanın yüksəlişi, pəhrizlərin nə üçün uğursuz olduğu və digər bir çox müxtəlif mövzuları xırdalıqlarına qədər araşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Netflix-in Youtube kanalı vasitəsilə yayımladığı digər proqramlara isə Abstract: The Art of Design, Chasing Coral, The White Helmes Zion daxildir.

Xatırladaq ki, qeyd edilən bütün şou və filmləri türkcə subtitr vasitəsilə aşağıdakı link-ə keçid edərək izləyə bilərsiniz:

https://bit.ly/2wVySgc

Həmçinin oxu: Karantin günlərində Netflixdə izləyə biləcəyiniz ən bəyənilən filmlər

Tamara Mustafayeva, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et