Neftin qiymətinin artım tempi azalıb | Banco.az

Neftin qiymətinin artım tempi azalıb

Dünya bazarında neftin qiymətinin artım tempi azalıb.

Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 4,6% bahalaşaraq, 1 bareli 101,31 ABŞ dollarına, may fyuçersləri isə 2,32% bahalaşaraq, 97,63 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 2,14% artaraq, 1 bareli 94,81 ABŞ dolları təşkil edib.

Dünən neft qiymətləri 9% artıb. Bununla da, həm “Brent” (105 ABŞ dolları), həm də WTI (100 ABŞ dolları) markalı neftin qiyməti 2014-cü ildən sonra rekord səviyyəyə çatıb.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram